KÖHNƏ VERSİYA            

Nikahlar azalır, boşanma artır...

Image

Aytəkin Kamranqızı: “Boşanmanın kütləviləşməsi, adi hal alması və cüzi səbəblərdən ailələrin dağılması artıq bir siqnaldır”

İnsanlar ailə qurarkən bir ömür boyu bir-birini sevəcəklərinə, bir-birinə dəstək olacaqlarına inansalar da, zaman keçdikdə bir çox səbəblərdən izdivaclar boşanma ilə nəticələnir. Danılmaz faktdır ki, son illər ölkəmizdə  boşanan cütlüklərin sayı artır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, boşananların sayı günü-gündən artır. Bu isə ictimaiyyət arasında narahatlığa səbəb olur.

“Bu gün yaşı 40-dan çox olan çoxlu sayda bəylər var ki, evsizliyə görə ailə qurmayıb” 

Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nikahların pozulması səbəbləri sırasında ilk yerdə xasiyyətlərin uyğun gəlməməsi durur. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Bu isə nikahdan əvvəl tibbi müayinə ilə yanaşı, ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması məsələsini aktuallaşdırır:  “Boşanmanın kütləviləşməsi, adi hal alması və cüzi səbəblərdən ailələrin dağılması artıq bir siqnaldır. İnsan müsbət və ya mənfi olmasından asılı olmayaraq, eyni düşüncədən və davranışdan bezir. Düşüncə inkişaf etdikcə, tələblər artır, quruluşlar dəyişir, həyat tərzi yenilənir. Bu gün hər bir cəmiyyətdə sərhədsiz informasiya mənbəyinə çevrilən internet var. İnsanlar buradan oxuduqları əsasında yeni məlumatlar toplayır, yeni həyat tərzi arzu edirlər. Gender məsələsi bugünkü dünya gündəminin əsas mövzularından biridir. Azərbaycanlı ailəsinin maddi dayağı kişi, mənəvi dayağı qadındır”.

Həmsöhbətimizin sözlərinə görə, boşanmaya səbəb olan amillərdən biri də xəyanətdir: “Xəyanət problemdir. Bu da həm bioloji instinktlərimizə, həm də sosial quruluşa zidd davranış olduğu üçün ona problem adı vermişik. Onu da deyim ki,  bu gün boşanmaların olmasının ən böyük səbəbi düşünülməmiş evliliklərdir. Yəni mən evləndim göstərişi ilə olan evliliklərdir. Ailələr sanki övladlarını ərə verməklə öz öhdəliklərini bitmiş bilirlər. Sanki şüuraltı bu məsuliyyətdən canlarını qurtarırlar. Buna görə də müəyyən qədər övladlarına icazə verirlər ki, bu qədər rahat evliliyə getsinlər. O da məlumdur ki, cəmiyyətimizdə artıq avropalaşma və “nə olsun” fikri ilə yaşayanlar var. Mən demirəm boşanmalar pisdir. Boşanmaların nə tərəfdarıyam, nə də ona qarşıyam. Boşanmaq insan həyatının dəyişməsi deməkdir. Amma bu da evliliyin səbəbinə baxır. 2 ilin, 3-6 ayın səbəbsiz boşanmaları, təbii ki, məntiqsiz evliliyin nəticəsidir”.

A.Kamranqızı onu da əlavə etdi ki, ailədaxili problemlər olsa da, heç bir tərəf problemin həlli yolunu axtarmır, əksinə, çıxış yolunu boşanmada görür: “Ailədə problem var, amma heç kəs onu həll etməyə çalışmır. Ər-arvad aralarında konflikt olduğu üçün münaqişəni həll etmək qabiliyyətində deyillər. Avropa ölkələrində xüsusi ailə psixoloqları var ki, onlar tərəfləri dinlədikdən sonra psixoloji baxımdan yardım edirlər. Bir tərəfdən ağsaqqallar institutu, digər tərəfdən ailə psixoloqlarının olmaması boşanmaların qarşısının alınmasına sədd çəkir. Beləliklə, tərəflər boşanmaq qərarına gəlirlər. Bu səbəbdən də boşanmaların sayı artır".

Nikahların sayının azalmasına gəlincə, sosioloq bildirdi ki, son illər bəy və xanımlar evlilik haqqında düşünmür: “Azərbaycanda kişilərin ölkəni tərk etməsi ilə əlaqədar evlilik yaşına çatmış qızların ailə qurmaq şansları azalır, milli demoqrafik problemlərımız artır. Nəticədə təbii artımın aşağı düşməsi millətin qocalmasına, gənc nəslin azalmasına səbəb olur. Bu gün yaşı 40-dan çox olan çoxlu sayda bəylər var ki, evsizliyə görə ailə qurmayıb. Gənclərə dəstək olunmalıdır. Yoxsa cəmiyyət məhv olacaq”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031