Ermənistan seçimini etdi - KTMT hələ də missiya yerləşdirmək üçün İrəvandan cavab gözləyir...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) KTMT Ermənistanda missiya yerləşdirmək məsələsini müzakirə etmək üçün İrəvandan müsbət cavab gözləyir.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan yerli KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva müvafiq tədbirlərin regiondakı ümumi vəziyyətdə müsbət əksini tapacağından əmindir.
"Qərb ölkələri isə Rusiyaya və onun Cənubi Qafqazdakı mövqelərinə maksimum zərər yetirmək üçün ölkənin yaxın müttəfiqlərinə, o cümlədən Ermənistana siyasi və iqtisadi təzyiq göstərməyə çalışırlar", - o deyib.
Bundan başqa, Rusiya XİN nümayəndəsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının danışıqlar yolu ilə mümkün olduğunu əlavə edib.