Rusiyanın Orsk şəhərində bənd partladı – şəhəri su basdı, insanlar təxliyə edilir...
Rusiya mediasının məlumatına görə, Orenburq vilayətinin Orsk şəhərində bənd partlayıb. Məlumata görə, hazırda şəhər sakinlərinin təxliyəsi davam edir.
Orenburq meri Sergey Salmin şəhərin su basmış bölgələrinin sakinlərindən təxliyə olunmağı tələb edib və təhlükəli zonanı könüllü tərk etməkdən imtina edənlərin ərazidən zorla çıxarılacağını bildirib.
Onun sözlərinə görə, indi bəndin qırıldığı Ural çayında suyun səviyyəsi 855 santimetrdir və o, artmaqda davam edəcək. Fəlakət bölgəsində elektrik və qaz təchizatı kəsilib.
Orenburq vilayəti hökumətinin məlumatına görə, şəhərdəki bəndin bir hissəsi dağılıb. Təxliyə üçün müvəqqəti təxliyə mərkəzləri hazırlanıb. Məlumata görə, daşqın zonasında on minə yaxın insan yaşayır.
Medianın yazdığı üzrə, xilasedicilər bəndi möhkəmləndirməyə çalışırlar.
Xatırladaq ki, Ural çayı üzərindəki bənd aprelin 5-də qırılıb. Hazırda Orskda 2400-dən çox yaşayış binası, 3065 evətrafı ərazi su altında qalıb. 711 nəfər təxliyə edilib.
ZÜMRÜD