"Araq istehsalında mənşəyi bəlli olmayan xammal spirtdən istifadə halları var" - Vergi Xidmətinin rəis müavini
Araq məhsullarının keyfiyyətində problemlər var. Bunların əsas səbəblərindən bir də əsas xammal olan spirtin keyfiyyəti ilə bağlıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
“Bu gün mənşəyi bəlli olmayan xammal spirtdən istifadə edilməsi halları var. Buna görə xammal spirtin rəsmi qaydada sənədləşdirilməsi lazımdır. Bununla bağlı bizdə faktlar var”,- deyə o bildirib.