Toylarda insanlara saxta içkilər təklif edilir - Deputat etiraz etdi
Toylarda məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər təklif edilir. Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Novruzəli Aslanov bildirib.
“Bu qanun qüvvəyə minəndən sonra kiçik kustar üsulla istehsal sahələri bağlanacaq. Ən çox vergi ödəyən vergi ödəyiciləri məhz bu sahədədir. Keçmiş zamanlardan bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət edəcək”,- deyə deputat bildirib.