27 yaşlı futbolçu bu yay "Real"dan ayrılacaq
"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos yayda klubunu dəyişmək qərarına gəlib. Bu barədə "Cadena Ser" məlumat yayıb. Bildirilib ki, 27 yaşlı futbolçu baş məşqçi Karlo Ançelottinin ona ayırdığı oyun vaxtından narazıdır. İspaniyalı oyunçu ilə "Atletiko" maraqlanır.
Sebalyosun Madrid təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. Bu mövsüm yarımmüdafiəçi "Real"ın heyətində 21 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.
Mətləb