4 kəndimiz nə vaxt qaytaılacaq? - Ermənistan XİN-dən açıqlama...
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Tavuşun 4 kəndinin Azərbaycana dəqiq hansı tarixdə qaytarılacağının məlum olmadığını bildirib.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, erməni nazir müavini Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə toxunub.
"Hazırda delimitasiya və demarkasiya ilə bağlı müəyyənlik yoxdur. Bununla bağlı hər hansı digər açıqlama verə bilmərəm. Razılaşma əldə olunarsa, hər iki tərəf müvafiq bəyanatla çıxış edəcək", - o deyib.
Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü - Bğanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir.
Daha üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.