Britaniya Avropa İnsan Hüquqları Məhkəməsini tərk edir? - Baş nazir bəyan etdi
Böyük Britaniya qeyri-qanuni miqrant axınının dayandırılmasına kömək edəcəyi təqdirdə, Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) çıxa bilər. Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak AİHM-in 2022-ci ilin yayında qəbul etdiyi qərarı şərh edərkən deyib.
“Hesab edirəm ki, sərhədlərin qorunması və qeyri-qanuni miqrasiyaya nəzarət hər hansı xarici məhkəməyə üzvlükdən daha vacibdir, çünki bu, suverenliyimiz üçün əsasdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin yayında göyərtəsində qeyri-qanuni mühacirlərin olduğu Böyük Britaniyadan Ruandaya planlaşdırılan ilk uçuş Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən ləğv edilib.
Mətləb Salahov