İsrail və İran müharibənin bir addımlığında - Tehranın təhdidlərindən sonra İsrail ordunu tam hazır vəziyyətə gətirdi
İsrailin İranın Dəməşqdəki səfirliyi ərazisindəki konsulluq binasına hücumu nəticəsində 2 briqada generalı və 13 nəfərin həlak olmasının əks-sədaları davam edir. İsrailin hücumundan sonra iki ölkə arasında gərginlik pik həddə çatıb.
İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü briqada generalı Ramazan Şerif İsrailin son məğlubiyyətlərinə görə SEPAH komandirlərindən qisas almağa çalışdığını deyib. O, bildirib ki “tezliklə İsrailə daha ölümcül zərbələrin şahidi olacaqsınız”.
Bundan əvvəl isə İranın xarici işlər naziri Abdullahian hücumu bütün beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və İsrailin bunun nəticələri ilə qatlaşacağını bildirib.
Bu arada, İsrail Hərbi Hava Qüvvələri İrandan mümkün hücumlara qarşı maksimum hazırlıq vəziyyətinə gətirilib. İsrail ordusu hava hücumundan müdafiə ehtiyat qüvvələrini də xidmətə çağırıb.
TAHİR