Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...
ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Milli Təhlükəsizlik Müşavirliyinə namizədliyini irəli sürdüyü Mayk Vals ABŞ əsgərlərinin Suriyadan çıxarıla biləcəyinə eyham vurub.
Trampın ABŞ prezidenti olarkən Yaxın Şərq siyasətinin "doğru" olduğunu bildirən Vals, amerikalı əsgərlərin Suriyada qalmasına ehtiyac olmadığını deyib.
"Prezident Tramp tamamilə haqlıdır. Onun səlahiyyəti qəti şəkildə bizi Yaxın Şərq müharibələrinə sürükləməmək idi. Amerika çəkmələrinin (əsgərlərinin) Suriyada hər hansı bir şəkildə dolaşmasına ehtiyacımız yoxdur, amma İŞİD, İsrail sərhədi və Körfəz müttəfiqlərimizlə birlikdə daha geniş dinamikaya diqqət yetirməyə davam edəcəyik" – deyə Vals bildirib.
Vals həmçinin bildirib ki, İran nüvə silahına sahib olmamalıdır: "İranın nüvə silahına sahib olarsa, səudiyyəlilər də, türklər də nüvə silahına sahib olmaq istəyəcəklər".
TAHİR