Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ
Türkiyənin Balıkəsir əyalətinin Karesi rayonunda partlayıcı maddə istehsal edən zavodda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb. “Haber Global”ın xəbərində deyilir ki, bu barədə Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib. O, təxribat ehtimalının hələ ki olmadığını söyləyib. Məlumata görə, zavodda silah-sursat - ov və idman patronları, mülki partlayıcılar, patronlar istehsal olunur.
Mətləb