Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu
Rusiya gələn il qeyd ediləcək 9 May - faşizm üzərində Qələbə Gününün 80-ci ildönümü ilə bağlı hazırlıqlara başlayıb. Bu barədə açıqlama verən Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov gələnilki Qələbə bayramının bir çox xarici ölkə liderinin iştirakı ilə keçiriləcəyini bildirib.
Bəzi ölkələrin öz liderlərini və hərbi birliklərini göndərməyə hazır olduğunu deyən Uşakov, paradda Şimali Koreya əsgərlərinin də iştirakının gözlənildiyini təsdiqləyib. Rusiyanın bir çox ölkəyə tədbirlərə qatılmaq üçün dəvət göndərdiyini vurğulayan Uşakov, hansı ölkələrin dəvət olunduğu barədə ətraflı məlumat verməyib.
Uşakov Rusiyanın bir çox ölkəyə tədbirlərə qatılmaq üçün dəvət göndərdiyini deyib, ancaq o, hansı ölkələrin dəvət olunduğu barədə ətraflı məlumat verməyib. Qələbə Gününün 80-ci ildönümünə böyük əhəmiyyət verdiklərini deyən Uşakov bu çərçivədə mühüm beynəlxalq görüşlərin keçiriləcəyini də qeyd edib.
TAHİR