"Crocus City Hall"da terror aktında ölənlərin sayı 140-a çatdı
"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
"Təəssüf ki, vəziyyəti son dərəcə ağır olan yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Həkimlər mümkün olan hər şeyi ediblər", - Muraşko qeyd edib.
Rusiya Qəzalar Tibbi Mərkəzi isə “Crocus City Hall”da terror aktı nəticəsində xəsarət alanların sayı 360 nəfərə çatıb.
Məlumata görə, hazırda tibb müəssisələrində ümumən 83 nəfər müalicə olunur. Moskva xəstəxanalarından 34 nəfər evə buraxılıb, daha 60 nəfərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
ZÜMRÜD