Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, hər zaman yüksək əhvali-ruhiyyə, xalqınızın davamlı sevgi və dəstəyini arzu edirik.
Bu il Sizin uzaqgörən liderliyinizin və Azərbaycanın tərəqqisi naminə mühüm fədakarlığınızın daha bir sübutunun şahidi olduq. Azərbaycanın COP29 Sədrliyi ölkənin iqlim dəyişmələri, qlobal əməkdaşlıq kimi məsələlərdə liderlik bacarığını, beynəlxalq dialoq və fəaliyyətdə rolunu bir daha nümayiş etdirdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə təşəkkürümüzü bildiririk. Bizə və missiyamıza olan inamınızın nəticəsidir ki, Mərkəz 2024-cü ildə də böyük nailiyyətlər əldə etdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin getdikcə genişlənən yüksək səviyyəli beynəlxalq fəaliyyəti Azərbaycanın mühüm ölkə kimi nüfuzunu artırmaqda davam edir, ona yeni dost və tərəfdaşlar qazandırır.
Zati-aliləri, doğum gününüz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirik, Azərbaycan naminə həyata keçirdiyiniz uzaqgörən siyasətinizdə Sizə yeni-yeni uğurlar diləyirik. Əminik ki, Sizin rəhbərliyinizlə xalqınız qarşıdakı illərdə daha böyük nailiyyətlər qazanacaqdır. Sizinlə 2025-ci il martın 13-15-də keçirilməsi nəzərdə tutulan XII Qlobal Bakı Forumunda görüşməyi səbirsizliklə gözləyirik".
xxx
Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası genişmiqyaslı transformasiyaların, fəal sosial-iqtisadi inkişaf prosesinin həyata keçirilməsində, islahatların aparılmasında, davamlı iqtisadi artımın təmin edilməsində, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsində böyük nailiyyətlər qazanmaqda davam edir.
Sizə möhkəm cansağlığı, uğurlar, Azərbaycan Respublikasına sülh və firavanlıq arzulayıram".
xxx
Rusiya Notariuslar Assosiasiyasının sədri Natiq Ağamirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim və Sizə möhkəm cansağlığı, xoşbəxtlik, doğma Azərbaycanın gələcəyi naminə bundan sonra da nailiyyətlər arzulayım.
Doğma Şuşanın azad edildiyi həmin unudulmaz gündən, bütün dünyanın Azərbaycan Ordusunun Qələbəsi barədə xəbər tutmasından və ölkənin ərazi bütövlüyünün bərpasından daha bir il ötdü. Ötən illər ərzində ən çətin tarixi dövrdə Azərbaycan xalqı öz suveren maraqlarını inamla və ardıcıl şəkildə qoruyub, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini möhkəmləndirib, iqtisadi potensialını artırıb. Bütün bu proseslərin arxasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı olaraq Sizin qətiyyətli mövqeyiniz və dəmir iradəniz hiss olunur.
Ölkədə vüsət alan böyük quruculuq işləri Sizin bütün dünyadakı soydaşlarınızın, dostlarınızın, tərəfdarlarınızın qürur mənbəyidir və onların diqqət mərkəzindədir. Bu proses gələcəyə inamla baxmağa və Sizin rəhbərlik etdiyiniz Azərbaycanın ən parlaq, genişmiqyaslı nailiyyətlərinin hələ irəlidə olduğunu deməyə imkan verir.
Möhtərəm İlham Heydər oğlu, qoy qarşıdan gələn il Sizə və bütün Azərbaycan xalqına rifah, tərəqqi gətirsin!
Sizə və yaxınlarınıza xoşbəxtlik, əmin-amanlıq arzulayıram".