Bayden İsrail və HƏMAS-ı atəşkəsə çağırdı
ABŞ Prezidenti Cozef Bayden İsrail və HƏMAS-ı atəşkəsə çağırıb. Bu barədə “Əl Cəzirə” məlumat yayıb. C.Baydenin sözlərinə görə, fasiləyə ehtiyac var: “Mülki insanları ərazidən çıxarmaq lazımdır”.
Media orqanı yazıb ki, artıq Ağ Evin mövqeyində dəyişiklik var. Çünki rəsmi Vaşinqton daha əvvəl Yaxın Şərqdəki proseslərə müdaxilə etməyəcəyini elan etmişdi.
Mətləb