Quldurlar hava limanını ələ keçirməyə cəhd ediblər
"Associated Press" agentliyi Haitidəki vəziyyətlə bağlı məlumat yayıb. Agentliyin ən son məlumatında deyilir ki, Haitinin paytaxtı Port-o-Prinsdə silahlı quldurlar ölkənin əsas beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər.
Agentliyin məlumatına görə, quldurlar respublikada yaranmış ağır vəziyyətlə əlaqədar fəaliyyətini dayandırmış Tussen Luvertür hava limanına daxil olaraq onu zəbt etməyə cəhd ediblər.
Polis cinayətkarlara şiddətli müqavimət göstərib. Belə ki, uçuş-enmə zolağında yerləşən zirehli polis maşını quldurlara atəş açıb, onların aeroport ərazisini zəbt etməsinə mane olmağa çalışıb.
Mətləb Salahov