Almaniyada insanları girov götürən qadın zərərsizləşdirilib
Almaniyanın Axen şəhərində “Luisen” xəstəxanasında insanları girov götürən silahlı zərərsizləşdirilib. Bu barədə “Bild” qəzeti məlumat yayıb.
Polisin apardığı danışıqlar nəticə verməyib. Xüsusi təyinatlıların həyata keçirdiyi əməliyyat zamanı 65 yaşlı qadın silahla atəş açıb. Baş verən atışmada o, ağır yaralanıb və tutulub. Verilən məlumata görə, girov götürülən insanlardan xəsarət alan olmayıb.
Mətləb