İsrail- Livan gərginliyini artıracaq iddia - Hizbullah lideri Nəsrullahın nəvəsi öldürüldü...
Livanda İsrail-Həmas müharibəsi ilə artan gərginlik Hizbullah lideri Nəsrullahın nəvəsinin öldüyü iddiasından sonra pik həddə çata bilər. İsrail ordusu şənbə günü Livanın cənubundakı Nekura bölgəsinə hücum edib. İsrail qüvvələrinin bir avtomobili hədəf alan pilotsuz təyyarə hücumu nəticəsində ən azı 6 Hizbullah üzvü öldürülüb.
Suriya mətbuatı İsrailin bu hücumunda Hizbullah lideri Həsən Nəsrullahın nəvəsinin də öldüyünü iddia edib. Rəsmi mənbələr məsələ ilə bağlı hələlik açıqlama verməyib.
İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bu yana sərhəddə baş verən qarşıdurmalarda 226 Hizbullah, 45 livanlı mülki, 11 Əməl Hərəkatı, 12 Həmas və 12 İslami Cihad üzvü, 6 İsrail vətəndaşı və 11 İsrail əsgəri həlak olub.
Tahir TAĞIYEV