Alman zabitlərin səs yazısı Berlin-Moskva xəttində gərginliyi artırdı - Almaniya Rusiyaya qarşı müharibəyə hazırlaşır…
Alman Hərbi Hava Qüvvələri əsgərlərinin Krımda Kerç körpüsünü hədəf alması ilə bağlı 30 dəqiqəlik səs yazısı Rusiya mətbuatında dərc edildikdən sonra iki ölkə arasında gərginlik artıb. Qərb dövlətləri Rusiyanın onlara müharibə elan edəcəyini iddia etdiyi halda, indi də Rusiyadan oxşar bəyanat gəlib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında Almaniya Hərbi Hava Qüvvələrinin zabitləri arasında Ukraynaya dəstək olaraq "Taurus" raketlərinin Krım körpüsünü məhv edib-edə bilməyəcəyi ilə bağlı səs yazısının sızması ilə bağlı açıqlama verib.
Almaniya kansleri Olaf Şolzun bu söhbətlərdən xəbəri olub-olmadığını heç kimin bilmədiyini iddia edən Medvedev, belə bir əmr verməmiş olsalar belə, ordunun mülki hakimiyyətin adından müharibələrin başlamasına necə qərar verə biləcəyinə və ya təşviq edə biləcəyinə dair tarixdə çoxlu nümunələr olduğunu bildirib.
"Onlar Şolza gəlib deyəcəklər: Cənab kansler, Ukraynada raket vurulub. Növünə və marşrutuna görə o, Berlinə uçurdu. Şolz nə cavab verəcək? Bu, tamamilə aydındır. Ona görə də Bundesver (Almaniya Silahlı Qüvvələri) zabitlərinin danışıqlarını raket və tank oyunu kimi təqdim etmək cəhdləri şər niyyətli bir yalandır. Almaniya Rusiya ilə müharibəyə hazırlaşır" - deyə Medvedev bildirib.
Tahir TAĞIYEV