"Pivəçilər" xal itirdilər
![Image](/uploads/posts/2024-03/17093375061405761378_1200x630.webp)
Futbol üzrə Almaniya Bundesliqasında 24-cü tura start verilib. Turun ilk matçında “Bavariya” səfərdə “Frayburq”la qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Bavariya”nın heyətində Tel və Musiala fərqləniblər. Meydan sahiblərinin qollarına isə Günter və Holer imza atıblar.
Beləliklə, növbəti dəfə xal itirən “Bavariya” lider “Bayer Leverkuzen”lə arasında 8 xallıq fərqi azalda bilməyib.
Mətləb