Yük maşını məktəbli avtobusu ilə toqquşdu, 6 nəfər öldü
![Image](/uploads/posts/2023-11/2be5f9c2170002287780558895810542899.webp)
ABŞ-nin Ohayo ştatında yük maşınının məktəb avtobusu ilə toqquşması nəticəsində 6 nəfər ölüb. ABŞ-nin fövqəladə hallar xidmətinin rəsmi açıqlamasında deyilir ki, yük maşını eyni yolda hərəkət edən məktəbli avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfər ölüb. Ümumilikdə avtobusda 57 nəfər olub.
Bundan başqa, 18 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib. Hadisənin səbəbləri açıqlanmır.
Mətləb