"Can Azərbaycanın kədəri kədərimizdir" - Mövlud Çavuşoğludan paylaşım
Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı “X” hesabında paylaşım edib. M.Çavuşoğlu başsağlığında yazır:
“32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda törədilən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq. Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, - o qeyd edib.
Mətləb