"Xocalıda qətlə yetirilən 613 nəfərin ağrıları hələ də ürəyimizdədir" - Türkiyə XİN
1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində günahsız dinc əhaliyə qarşı törətdiyi qətliamı pisləyirik. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı açıqlamasında yer alıb.
Açıqlamada, həmçinin deyilir: “O gün baş verən vəhşilik insanlıq tarixinə qara ləkə olaraq keçib. Xocalıda qətlə yetirilən 613 nəfərin, həmin gün yaralanan, əsir götürülən və ya itkin düşən bütün azərbaycanlıların ağrıları hələ də ürəyimizdədir. Xocalı faciəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”.
Mətləb Salahov