ABŞ Rusiyanı "Ermənistanın mənafelərini nəzərə almamaqda suçladı"........
ABŞ Dövlət Departamenti Ermənistanın təhlükəsizlik sahəsində yeni siyasi seçimləri barədə medianın suallarını cavablandırıb.Amerika Ermənistanın ərazi bütövlüyünü və süverenliyini müdafiə etməkdə davam edəcəyini bir daha ifadə edib. Maraqlı nüans odur ki, Rusiyanın Ermənistanın mənafelərini nəzərə almadığını da qeyd edib." Rusiya nə Qafqazda, nə də başqa yerlərdə etibarlı və vicdanlı müttəfiq və tərəfdaş deyil.Biz dəfələrlə görmüşük ki, Ermənistanın mənafeləri Rusiyanı narahat etmir"- Departamentin cavabında belə deyilir.
Maraqlıdır, ABŞ Ermənistanın hansı mənafelərini nəzərdə tutur? Ermənistan adlı bu dövləti elə Rusiyanın özü yaratmayıb? 30 il əvvəl Ermənistanın Azərbaycan torpaqlarının işğalına Rusiya dəstək verməyib? Ermənistanı dotasiya ilə yaşadan Rusiya olmayıb? Mənafedən narahat olmaq daha necə olar ki?!....
Demək, ABŞ 2- ci Qarabağ müharibəsində Rusiyanın Ermənistanı müdafiə etməməsini nəzərdə tutur. Bu isə məntiqi olaraq ABŞ-ın özünün Azərbaycanın mənafelərindən narahat olmamasını ortaya qoyur. Çünki Rusiya Ermənistanın mənafelərini müdafiə etmiş olsaydı, bu, Azərbaycanın torpaqlarının hələ də işğalda qalması demək olardı.Amerika bunumu istəyir???...
Nahid Salayev