KÖHNƏ VERSİYA            

Azərbaycan 1920 - ci ildə niyə uduzdu?- politoloq Mehman İsmayılovun baxışı....

Image

1918-ci ildə Azərbaycan xalqı müstəqil dövlətini qurdu, dünyaya bəyan elədi, müstəqilliyinin və ərazilərinin tanınması üçün çabalar göstərdi, ancaq  nə müstəqilliyini, nə də ərazi bütövlüyünü qoruyub saxlamağa müvəffəq ola  bilmədi. 23 ay sürən müstəqillik rus işğalı ilə sona çatdı, Azərbaycanın zorla sovetləşdirilməsi zülmü başladı. Müstəqilliyin itirilməsinin, vətənimizin yenidən işğala düşməsinin çoxlu səbəbləri vardı.

Bir tərəfdən şimaldan gələn bolşevik basqını, tərkibi yüzdə yetmiş beş ermənilərdən təşkil edilmiş Xl qırmızı ordunun Azərbaycana hərbi təcavüzü, ölkəni içəridən didib-dağıdan erməni vəhşilərinin bütün bölgələrimizdə törətdikləri kütləvi qırğınlar və qətliamlar, digər tərəfdən  içimizdəki vətən xainləri, milləti çaşdıran məfkurə düşmənçiliyi, hakimiyyət boşluğu, cəmiyyətin parçalanmış vəziyyətə gətirilməsi və ümidsizliyə düçar edilməsi idi.

Üçüncü tərəfdən isə xarici güclərin və erməni havadarlarının Azərbaycanın başında qurduqları fəlakətli oyunlar, Qarabağ uğrunda gedən qanlı savaşlar vardı. Bütün bunlarla yanaşı ən böyük yanlışlıq və taleyüklü səhv İrəvan xanlığının ermənilərə güzəştə gedilməsi idi ki, bu xalqımıza qarşı qlobal faciəyə çevriləcəkdi.  Ancaq müstəqilliyimizin itirilməsinin ən başlıca səbəbi qətiyyətli, birləşdirici və mərkəzi fiqur olan bir liderin olmaması idi.  Kim deyə bilərdi ki, 71 il sonra Azərbaycan öz müstəqilliyini təkrar bərpa edəcək və yuxarıda sadalanan bütün problemlər birə-bir qarşımızda dayanacaqdı? 

1991-ci il oktyabrın 18-də Azərbaycan Parlamenti Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul etdi. Qarşımızda yenə də erməni separatizmi, yenə azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar, bir-bir işğal edilən ərazilər, bir milyon qaçqın və köçkün, paytaxtda gedən kürsü davası, ölkəni təsir zonalarına bölməyə çalışan və bir-birinə düşmən kəsilmiş qanunsuz silahlı dəstələr, xarici güclərin ölkədə at çapan casus şəbəkələri, ölkənin dörd tərəfində baş qaldırmış və  düşmən dövlətlərdən dəstək alıb, ərazilərimizi parça-parça etmək istəyən separatçı qüvvələr, qanundankənar silahlı dəstələr saxlayan və heç kimə tabe olmayan siyasi adlarla pərdələnmiş qurumlar, ölkəni qana sürüyən cinayətkarlar, reket dəstələri, Azərbaycana bütün cəbhə boyu təzyiq edən nəhəng güclər, iflic edilmiş dövlət institutları və ölkəni ildırım sürətilə uçuruma aparan küçə siyasətçiləri dayanırdı. 

Azərbaycan 20-ci əsrin əvvələrində olduğu kimi, nəinki müstəqilliyini və ərazilərini, həm də tarixi dövlətçiliyini birdəfəlik itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Və bir də bütün bunlardan cana doymuş, dalbadal məğlubiyyətlərdən üzülmüş və çarəsiz qalmış xalq.

Bu cür dəhşətli durumda xalq özünün müdrik övladı və ağsaqqalı, dünya çapında tanınan, nəhəng miqyaslı və təcrübəli Heydər Əliyevi köməyə çağırdı. Heydər Əliyev fenomenal bir şəxsiyyət, böyük siyasətdə xüsusi çəkiyə malik olan mahir bir ustad, azərbaycansevər nəcib bir insan idi. Heydər Əliyev Naxçıvandan Bakıya gəldi, Azərbaycan xalqı onu yekdilliklə, öz çiyinlərində hakimiyyətin ən yüksək zirvəsinə qaldırdı. 

Prezident Heydər Əliyev dağıdılmış və işğal edilmiş Azərbaycan dövlətini sıfırdan qurmağa bağladı. İnsanların gözünə yenidən ümid işığı gəldi, xalqın inamı özünə qayıtdı, qanunsuz silahlı dəstələr tərksilah edildi, vəzifə üçün öz xalqını güdaza verməyə hazır olan siyasət gədaları dövlət postlarından uzaqlaşdırıldı, cəbhədə dönüş əldə edildi və atəşkəsə nail olundu, neft kontraktları imzalandı və ölkəyə sərmayələr cəlb olunmağa başladı. Dəfələrlə xaricdən senariləşdirilən və maliyyələşdirilən çevriliş cəhdlərinin qarşısı alındı, yüzlərlə terrorçular zərərsizləşdirildi. 

Bakı-Tbilisi- Ceyhan neft boru kəmərinin inşasına start verildi. Professional ordu quruculuğuna başlanıldı, milli kadrların dövlət institutlarının işində fəal iştirakına imkanlar yaradıldı. Təhsil, səhiyyə, vergi, gömrük  sistemi yeni dövrün tələbləri səviyyəsində transformasiya edildi. Xülasə, dövlət bünövrədən inşa edilməyə başlandı.

Xarici əlaqələr yenidən şəkilləndi, pozulmuş beynəlxalq münasibətlər bərpa edildi, Azərbaycan dərin izolyasiyadan çıxarıldı və dünyanın aparıcı gücləri bizim ölkə ilə hesablaşmağa başladılar. İndi qarşımızda qurulmuş dövlət institutlarının gücləndirilməsi və Qarabağın işğaldan azad edilməsi qədər mürəkkəb problem dayanırdı.

2003-cü ildə xalq yenə də müdrik tarixi qərar  verdi və İlham Əliyevi hakimiyyətin ən yüksək zirvəsinə qaldırdı. Bu indicə ayağa durmuş ölkəni yenidən xaosa sürükləmək istəyən daxili və xarici düşmənlərə Azərbaycan xalqının verdiyi sərt cavab  idi. Və bundan sonra dövlətin inkişafının ikinci mərhələsi başlandı, indi dövləti hər cür təhlükədən qorumaq və gücləndirmək, irəli daşımaq, Qarabağı işğaldan azad etmək lazım idi.              

Ölkənin iqisadiyyatı gücləndirildi, yeni və nəhəng infrastruktur layihələri, loqistik qovşaqların inşası həyata keçirildi. Alternativ enerji mənbələrinin yaradılmasına xüsusi önəm verildi. Azərbaycan bölgənin inkişaf konsepsiyasını müəyyən edən qabaqlayıcı addımlar atdı, dünya iqtisadiyyatının həlledici oyunçularından birinə çevrildi. 32 il öncə hər cür yardıma ehtiyacı olan Azərbaycan  Avropa İttifaqının enerji təminatçısına çevrildi. 

Xarici siyasətdə Prezident İlham Əliyev yüksək səviyyədə professionallıq nümayiş etdirib, düşmənin təklənməsinə nail oldu. Ölkəmiz türk və İslam dünyasının əvəz olunmaz fiqurlarından birinə çevirildi. Zamanında Ermənistana dəstək verən əksər ölkələr  Azərbaycanın yanında yer aldı.

Ölkəmizə edilən total təzyiqlərə baxmayaraq, Prezident İ.Əliyev ölkənin torpaq bütünlüyü məsələsində bir addım geri çəkilmədi, ordu quruculuğunu tamamilə yeni bir fazaya keçirdi və 21-ci əsrin professional, texnoloji ordu sistemini yaratmağa başladı. Ordumuz ən yeni silahlarla, dünya hərb sənayesinin ən son nailiyyətləri olan məhsullarla təhciz olundu. Milli zabit heyətimiz qardaş Türkiyənin hərbi məktəblərində təhsil alıb, ordu sıralarına döndü. Azərbaycan öz ordusunu NATO-nun ikinci ordusu olan Türkiyənin standartlarına  hədəflədi.

Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirilən müntəzəm hərbi təlimlər, ordumuzu tam yeni keyfiyyət mərhələsinə qaldırdı. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi strateji təhlükəsizlik baxımından əhəmiyyəti sözlə ifadə oluna bilməyəcək bir tarixi sənədə çevrildi.

Nəhayət, müstəqil Azərbaycanın ərazilərinin 30 illik işğaldan qurtarılması və ərazi bütövlüyümüzün bərpa edilməsi, Şuşada və Xankəndində Azərbaycan Bayrağının ucaldılması, Xocalı qurbanlarının qisasının alınması, 35 illik cinayətkar erməni separatizminin kökündən çıxarılıb kənara atılması, ermənipərəst xarici dövlətlərin heç bir basqısına dövlətimizin boyun əyməməsi, beynəlxalq müstəvidə inamla addımlaması, Prezidentimizin, qədir bilən və müdrik xalqımızın qəlbində  Müzəffər Ali Baş Komandan kimi ən yüksək mərtəbədə yer almasına səbəb oldu.  

İndi dövlətimizin qarşısında həllini gözləyən böyük problemlər var, Ermənistan üzərindəki Qələbənin əbədiləşdirilməsi, sərhədlirimizin müəyyənləşdirilməsi, Naxçıvanla Azərbaycanın quru yolu ilə birləşdirilməsi,  Qarabağın bərpası və köçkünlərin yurdlarına dönməsi, Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtması, anklav kəndlərimizin geri qaytarılması, bölgəmizin böyük güclərin savaş meydanına çevrilməsinin qarşısının alınması və s. 

Bütün bunlar üçün biz müharibədən çıxmış dövlətimizi yenidən bərkitməli, dövlət institutlarımızı hər bir yeni çağırışa hazır tutmalıyıq. Biz hər şeyi öncədən planlaşdırmalı və həyata keçirməliyik ki, tarixdə dəfələrlə olduğu kimi qəfil hadisələrlə yaxalanmayaq. Hər birimiz bilməliyik ki, Heydər Əliyev olmasaydı, biz 20-ci əsrin əvvəllərində olduğu kimi dövlətçiliyimizi də, ərazilərimizi də itirib, ya başqa dövlətlərin kölələrinə, ya da cinayətkar qrupların qurbanına çevriləcəkdik. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dövlətimizi parçalayan qüvvələrdən xilas etməsəydi, Azərbaycanı hansı faciələrin gözlədiyini söyləməyə dilin gücü yetməz. Prezident İlham Əliyev isə 200 illik erməni basqınını durdurdu və dünya erməniliyinin üzərində Qələbəmizi təmin elədi, qisasımısı almağa bizə şərait yaratdı, Quzey Azərbaycanı işğaldan qurtardı, 50 milyonluq xalqın Qalib adını özünə qaytardı. 

         








VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031