"Sudanda on milyonlarla insan aclıqdan əziyyət çəkir" - BMT həyəcan təbili çaldı!
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən böyük məcburi köçkünlük böhranının yaşandığı Sudanda azı on milyonlarla insanın artan aclıq və qida çatışmazlığı ilə üzləşdiyini bildirib. BMT-nin yaydığı məlumatda deyilir ki, Sudanda 10 aydır davam edən vətəndaş müharibəsi səbəbindən azı 25 milyon insanın aclıq və qida çatışmazlığı ilə mübarizə apardığını bildirib.
“Təəssüf ki, hazırda vəsaitimiz yoxdur və ehtiyacı olan insanlara lazımi miqyasda çatmaq imkanına malik deyilik", - Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının rəsmi açıqlamasında bildirilib.
Mətləb Salahov