KÖHNƏ VERSİYA            

“Azərbaycan-Türkiyə birliyi bütün istiqamətlərdə dünyaya nümunədir” - Vüqar Rəhimzadə

Image

Dünyanın diqqəti növbəti dəfə dostluğu, qardaşlığı, müttəfiqliyi nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinə yönəldi. Dövlət başçısı İlham Əliyevin 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini  fevralın 18-də qardaş Türkiyəyə etməsi əlaqələrimizin bu günü və sabahı barədə aydın təsəvvür yaratdı.

Belə ki, iki dost ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərlərini məhz Azərbaycana və Türkiyəyə etmələri dünyanın diqqətindən kənarda qalmır. Prezidentlər istər təkbətək, istər geniş tərkibdə görüşlərində, istərsə də mətbuata birgə bəyanatlarında bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğuladılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızın həmişəkindən daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə etdi. 

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Nəzərə alsaq ki, ölkələrarası münasibətlərdə enerji amili xüsusi əhəmiyyət kəsb edir, bu halda iki dost ölkənin sözügedən sahədə əməkdaşlığının xronologiyasına diqqət yetirmək bir zərurətə çevrilir. İlk olaraq regional çərçivədə başlayan  enerji əməkdaşlığının bu gün coğrafiyasının daha da genişləndirilməsi əsas hədəflər sırasındadır. 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm hadisəni növbəti layihələrin müjdəçisi kimi dəyərləndirmişdi. Azərbaycan Prezidentinin fevralın 18-də reallaşdırdığı rəsmi səfər çərçivəsində qardaş ölkənin Prezidenti TANAP-ın imkanlarının artırılmasının, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılmasının prioritetlər sırasında olduğunu xüsusi qeyd etdi. Ötən ilin sentyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri çərçivəsində İğdır-Naxçıvan təbii qaz boru kəmərinin təməlinin qoyulması  ilə enerji sahəsində əməkdaşlığımız yeni bir səviyyəyə çatdırıldı. Hər iki ölkənin tranzit imkanları xüsusi qeyd edilməlidir. Nəqliyyat sahəsində əməkdaşlığın mühüm göstəricilərindən biri kimi Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək lazımdır. Bu uğurlu nəticələr Azərbaycan və Türkiyənin eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilməsinin səbəbsiz olmadığını təsdiqləyir. Çünki həmin çinarın kölgəsi qardaş ölkələrin birgə həyata keçirdikləri layihələrlə Qafqazdan Avropayadək  uzanır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Bu sənədlər münasibətlərin inkişafında möhkəm hüquqi baza rolunu oynayır. Tarixi Zəfərimizin dünyaya təqdimatında öz sözünü deyən 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycanın dövlət başçısı İlham Əliyevin sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatlarında qardaş ölkə liderinin səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir”. Həmin vaxt imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd etmək istərdik. İnformasiya cəbhəsində üstünlüyümüzu qorumaq, beynəlxalq səviyyədə aparılan qərəzli təbliğatları əsaslı şəkildə cavablandırmaq üçün belə bir addımın atılması vacib idi. Ortaq Media Platformasının yaradılması fonunda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün imkanlar əldə edirik. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Prezident İlham Əliyevin bu səfəri çərçivəsində isə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu mühüm addım sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, birliyimizin növbəti rəmzidir. Belə bir əminlik də ifadə edildi ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə əlaqələrinin yüksələn xətlə inkişafı, ümumilikdə münasibətlərimizin dünyaya bir qardaşlıq nümunəsi olması dövlət başçısı İlham Əliyevin “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” fikirlərinin təqdimatıdır. O da qeyd edildi ki, Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  mətbuata bəyanatında xüsusi qeyd etdi ki, Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük.

Vüqar Rəhimzadə bildirib ki, dünya bu qardaşlığın, dostluğun sarsılmazlığının 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, ötən ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı şahidi oldu. Hər iki hadisə sübut etdi ki, Türkiyə və Azərbaycan həm sevincli, həm də kədərli anlarında biri-birinin yanında olmalarını sözdə deyil, əməldə təsdiqləyirlər. İkinci Qarabağ müharibəsinin başlandığı ilk anlardan Türkiyənin siyasi və mənəvi dəstəyini hiss edən və bundan böyük güc alan Azərbaycanın sonrakı addımlarına diqqət yetirdikdə qardaş ölkənin Prezidentinin daim cənab İlham Əliyevin yanında olduğunu görürük. Zəfər paradı, onun ardınca Qarabağın tacı Şuşanın şahidliyi ilə müttəfiqlik sənədinin imzalanması, daha sonra iki dost ölkənin prezidentlərinin iştirakı ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması və sair kimi biri-birindən mühüm hadisələr dostluğumuzun təqdimatlarıdır. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Azərbaycan Prezidenti əməkdaşlığımızın önəmli istiqamətlərindən biri kimi hərbi sahədə işbirliyimizi də xüsusi vurğuladı. Bildirdi ki, ordularımız bir yumruq anlamına gəlib. Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir, hərbi gücümüz daha da artır. İkinci Qarabağ müharibəsi, ötən il həyata keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub.

YAP Xətai rayon təşkilatının sədri ötən ilin fevralında Türkiyədə dəhşətli zəlzələ baş verərkən Azərbaycanın qardaşlıq dəstəyindən də bəhs edib. Bildirib ki, hazırda Azərbaycanın maliyyə dəstəyi əsasında Kahramanmaraşda 32 hektar ərazidə 1000 evin və 799 iş yerinin   inşa edilməsi bunun bariz nümunəsidir. Onu da qeyd edək ki, zəlzələnin baş verdiyi andan Azərbaycan yalnız dövlət deyil, sıravi vətəndaşları səviyyəsində belə bu qardaşlığı humanitar yardımları ilə təsdiqlədi. Həmçinin ötən ilin mart  ayında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Qarabağın tacı Şuşada keçirilməsi nəzərdə tutulduğu halda Prezident İlham Əliyev qardaş ölkədə zəlzələnin baş verməsini nəzərə alaraq dəstək məqsədilə bu tədbirin Türkiyədə keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs dəstəkləndi.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, Azərbaycan-Türkiyə qardaşlığını təsdiqləyən hadisələrin miqyasını bir yazıda əhatə etmək mümkünsüzdür. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasına imkanlar yaradan mühüm məqamlarla zəngin olur. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfərini qardaş ölkəyə reallaşdırması sarsılmaz birliyimizə, həmrəyliyimizə yeni əlavələr edəcək. Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyi səyləri dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj kimi dəyərləndirilməlidir: “Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik”.







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031