Rusiyada daha bir ölkənin naziri barəsində axtarış elan edildi
Rusiya Daxili İşlər Nazirliyi Litvanın mədəniyyət naziri Simonas Kayris barəsində axtarış elan edib. Trend xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Daxili İşlər Nazirliyinin axtarış bazasına istinadən məlumat yayıb.
Bazada litvalı nazirin Rusiya Federasiyasının Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verildiyi qeyd olunub, lakin Kayrisin məhz hansı maddə ilə axtarışa verildiyi göstərilməyib.
Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Simonas Kayrisə qarşı sovet döyüşçülərinin abidələrini məhv etmək və onlara zərər yetirməklə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaya Kallas və dövlət katibi Taymar Peterkop barəsində də axtarış elan edib.