"Zelenski ABŞ-ın tapşırığı ilə bunu edib" - Putin amerikalı jurnalistə müsahibəsində açıqladı
Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bəyan edib ki, Ukrayna rəhbərliyi Vaşinqtonun göstərişi əsasında Rusiya ilə danışıqlardan imtina edib. O vurğulayıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası danışıqlardan imtina edibsə, bu, yəqin ki, Vaşinqtonun göstərişi ilə edilib.
Putin ABŞ administrasiyasını səhv hesab etdikləri təqdirdə bu qərardan əl çəkməyə və heç kimi incitməyəcək başqa bir həll tapmağa çağırıb. “Bu yanlış qərarı Kreml deyil, Ağ Ev verib, ona görə də bundan imtina etməlidirlər. Amerika hakimiyyəti öz səhvlərinə görə məsuliyyət daşıyır və bu vəziyyətdən çıxış yolu axtarmalıdırlar”.
Mətləb Salahov