Xankəndidə səsvermə başladı...
İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Secki-2024.az saytı xəbər verir ki, məntəqə səhər saat 8:00-da açılıb.
Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb.14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir. Müşahidəçilər səsvermə prosesini izləyir.