Füzulidə səsvermə başladı...
İşğaldan azad olunan Füzuli şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb. Secki-2024.az saytı xəbər verir ki, Füzulinin işğaldan azad edilən ərazilərində 84 saylı Füzuli seçki dairəsinin 3 yeni məntəqəsi yaradılıb. Məntəqələrdə ümumilikdə 3619 seçici qeydiyyata alınıb.
Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 saylı orta məktəbdə yaradılan 75 saylı məntəqədə 1351, “Azərişıq” ASC-nin Füzuli şəhərində yerləşən binasında yaradılan 76 saylı məntəqədə 976, Füzuli şəhəri bina 7a qeyri-yaşayış sahəsində yaradılan 77 saylı məntəqədə 1292 seçici var.