Azad edilən ərazilərdə 23 minə yaxın seçici səs verəcək...
İlk dəfə olaraq müstəqil Azərbaycanın dünya və beynəlxalq miqyasda tanınan ərazilərində səsvermə keçirilir.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki,işğaldan azad edilən ərazilərdə 26 məntəqə 23 minə yaxın seçici səs verəcək.