Dəm qazından zəhərlənmələr və onunla mübarizə - Ekspertin maraqlı mülahizələri...
Respulikamızda, xususən də Bakı şəhərində dəm qazından zəhərlənmələr həmişə aktual mövzu olub . Maarifləndirmə işlərinin aparılmasına baxmayaraq iysiz və gözəgörünməz qatilin can almasına təəssüf ki, hələ də rast gəlirik..
Bəs həyatımıza son qoyan bu dəm qazı haqqında nələri bilirik ,və ya nələri bilməliyik? Onun qurbanına çevrilməmək üçün nə etməliyik? Bir daha bildirmək istəyirəm ki , kimyəvi adı karbon monoksid CO olan dəm qazı gözəgörünməz, rəngsiz, İysiz, dadsız ,havadan iki dəfə yüngül ,suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassayə malikdir. Dəm qazı neft məhsullarının, üzvi maddələrin və odun yanacagının natamam yanması nəticəsində meydana gəlir ,çünki natamam yanma üzündən dəm qazı karbon qazına çevrilə bilmir.Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4 oksidə çevrilir və tüstü boruları vasitəsi ilə xaric olunur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq zorunda qalır ki ,bu da nəticədə zəhərlənməyə səbəb olur. Diqqət yetirsək görərik ki ,qazla zəhərlənmələrin əksər hissəsi hamam otaqlarında baş verir. Bunun əsas səbəbi isə qaz quraşdırılan hamamın və ya mətbəxin ölçülərinin qaz təsərufatında təhlükəsizlik texnikasın tələblərə və müvafiq standartlara cavab verməməsidir. Bəzi standartları yada salaq.Qaz cihazı istifadə olunan mətbəxin və ya hamamın hündürlüyü 2bmetr 20 sm - dən az olmamalıdır. Qaz cıhazlarından istifadə edilən qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq saxlanılmalıdır .hamamda ventilyasiya üçün qapının aşagı hissəsində dəliklər olmalıdır.
Əgər bir evə 0.1% dəm qazı yıgılıbsa ,artıq zəhərlənmə baş verəcək. Əgər mənzilə, hamama, mətbəxə 4.5% qaz yıgılıbsa , bu artıq partlayışa səbəb olacaq . Bir haşıyə çıxım ki , son günlər azəriqaz İB - nin işçiləri şəxsi evlərə və mənzillərə daxil olaraq hamam otagında yerləşən qaz kalonkalarının oradan çixarıllmasını tələb edirlər , bu çox təqdirəlayiq haldır. Dəm qazı iysiz olduğu üçün hiss edilməsə də ,qazdan zəhərlənmənin əlamətlərini hiss etmək olur. Bunlar baş agrısı, aş gicəllənmə , ürək bulanması, halsızlıq və sairdi. Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı daxıl olur ,zəhərlənmiş insan dərhal təmiz havaya cixardılmalı ,nəfəs almanı çətinləşdirən geyimlərdən azad etməli ,süni nəfəs verilməli və təcili tibb yardım çagrılmalıdır.
Süheyla Quliyev
Qaz təhlükəsizliyi üzrə mütəxəssis