KÖHNƏ VERSİYA            

Korrupsiya Paşinyanın komandasını sökdü...

Image

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra korrupsiya ilə mübarizəni fəaliyyətində əsas prioritetlərdən biri elan etsə də, reaalıq tamam fərqli mənzərəni üzə çıxarır. Paşinyan özü də bu fonda çoxsaylı problemlərin olduğunu etiraf edir. Məsələn, orduda bu sahədə dəhşətli vəziyyətin olduğunu vurğulayır.

Onun sözlərinə görə, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur: “Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər və ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdir”. Ümimiyyətlə, Ermənistanda korrupsiya və rüşvətin ən geniş yayıldığı təsisatlardan biri də ordudur. İmkanlı şəxslər korrupsiya sxemləri ilə övladlarını hərbi xidmətdən yayındırırlar. Külli miqdarda rüşvət alan erməni generalları iri mülklər, İrəvanın mərkəzində bahalı mənzillər alır, övladları bahalı maşınlarda gəzir. Paşinyan dövlət satınalmaları sahəsinə xüsusi nəzarətin vacibliyini də urğulayıb. Korrupsiyaya qarşı mübarizənin zərurətini diqqətə çatdıran Paşinyan 2018-ci ildən etibarən bu sahədə irəliləyiş əldə edilsə də, prosesin sonralar dayandığı barədə deyilənlərə münasibət bildirib. Onun sözlərinə görə, hökumətin korrupsiya ilə mübarizəsi nəinki səngiməyib, əksinə, güclənib: “Nəzərə almaq lazımdır ki, nə qədər çox irəliləyiş qət edilsə, sonrakı addımlar bir o qədər çətinləşir. Çünki ilk addım, adətən, siyasi iradə ilə baş verir, amma davamında institusional inkişaf lazım gəlir”. O bildirib ki, Nazirlər Kabinetinin üzvləri onlara çatan hesabatlara çox da etibar etməməlidirlər. Bunlar fonunda erməni mediası konkret faktlarla Paşinyanın komandasının da korrupsiya girdabında olduğunu yazır. Ermənistanın “Joğovurd” nəşri konkret misallara nəzər salaraq yazır: “Paşinyanın partiyasından deputat olana qədər fəal Lena Nazaryan gecə-gündüz məmurların fəaliyyətinin şəffaflığından və hesabatlılığından danışırdı, lakin parlamentin sədrinin müavini, sonra isə deputat statusunu qazandıqdan sonra, rəsmi açıqlamaya görə, ən qapalı və gizli şəkildə varlanmış şəxslərdən birinə çevrilib”. Nəşrə görə, Ermənistan parlamentinin deputatları Lena Nazaryan və onun həyat yoldaşı Narek Babayanın bəyanatlarını öyrəndikdən sonra məlum olub ki, cütlük rəsmi sənədlərdə eyni əmlakın qiyməti ilə bağlı çox fərqli rəqəmlər təqdim edib: “Beləliklə, deputat Narek Babayan səlahiyyətli orqana 2022-ci il bəyannaməsi ilə məlumat verib ki, Tsağkadzorda alınan daşınmaz əmlak 27,041 milyon drama alınıb. Onun həyat yoldaşı Lena Nazaryan isə daha sərfəli qiymət - 24,336 milyon dram təqdim edib. Sonda hakim partiyadan olan deputatların Tsağkadzor bağ evi-mənzilini hansı real qiymətə aldıqları hələ də bəlli deyil. Təbii ki, bu ifşanı müxalifət deputatlarının hər qəpik-quruşunu lupa ilə yoxlayan Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası etməli idi, lakin maraqlı təsadüf nəticəsində hakimiyyət nümayəndələrinin buraxdığı səhvlər bu ən mühüm strukturun gözündən yayınıb”.  

Qəzet yazır ki, bu azmış kimi, hakim partiyanın üzvləri Ermənistan parlamentinin sədri Alen Simonyanın istefasını tələb edir və bu məsələni Paşinyan qarşısında qaldırıblar: “Bu günlərdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasında Simonyanın məcburi istefası məsələsi qızğın müzakirə olunur. Partiya üzvlərinin sözlərinə görə, Simonyan və onun tərəfdaşları dəfələrlə qalmaqalların mərkəzində olublar, lakin cəzasız qalıblar. Simonyanın arvadı tərəfindən idarə olunan “Freenews” kanalı bir neçə aydır ki, Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsinə aylıq 1,5 milyon dramı (3,7 min dollar) ödəmir. Hazırda “Freenews”  televiziya şirkətinin borcu 23,3 milyon dramdır (57,7 min dollar). Bundan əlavə, özünü korrupsiya qalmaqalının mərkəzində tapan Simonyanın qardaşının arvadı Ani Gevorqyan bir neçə gün əvvəl həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Hakim partiya bildirir ki, spikerin ətrafında yaranmış bu atmosferə son qoyulmalıdır. Çünki bu, komandanın reytinqinə xələl gətirir. O da qeyd olunub ki, keçən ilin aprelində Simonyan İrəvanın mərkəzində vətəndaşın üzərinə tüpürüb və ictimaiyyətin kəskin reaksiyasına baxmayaraq, cəzasız qalıb. İndi də korrupsiya məsələsi var və Alen cəzalandırılmalıdır. Məsələ ondadır ki, Paşinyan dəfələrlə komanda yoldaşlarına xəbərdarlıq edib ki, korrupsiya proseslərində iştirak bağışlanmayacaq, amma indi Simonyan bağışlanır”. Xatırladaq ki, bu günlərdə Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunub. Onun tutulması İqtisadiyyat Nazirliyi ilə bağlıdır. Bildirilib ki, Ani Gevorkyan Ermənistanda tanınmış “Sinergiya” informasiya texnologiyaları şirkətində uzun illər çalışıb, proqram meneceri olub. Bu müəssisə tenderdə iştirak etsə də, qalib gəlməyib. Ona görə müsabiqə ləğv edilib. Bunun məsuliyyəti isə Ani Gevorkyanın üzərinə qoyulub. “Synergy International Systems” şirkətinin qurucusu və direktoru Aşot Ovanesyan da bu cinayət işi üzrə həbs olunub. Ümumiyyətlə, hakim partiyadan parlamentdə təmsil olunanlar, onların yaxınları korrupsiyanın əsas iştirakçıları sırasındadır. Belə ki, 2018-ci ildə baş tutan “məxməri inqilab”dan əvvəl evsiz olan və kirayələrdə sürünən komanda üzvləri parlamentdə oturduqdan çox qısa müddət sonra İrəvanın ən bahalı yerlərində mənzillərə sahib olublar. Belələrinin arasında Lena Nazaryanla yanaşı, Ovik Ağazaryan, Matevos Asatryan, Vilen Qabrielyan, Arpi Davoyan, Qayan Yeqiazaryan, Arman Yeqoyan, Arsen Torosyan, Hayk Konjoryan, Rustam Bakoyan kimi deputatlar da var. Bir çox deputat mənzili və villanı öz adına rəsmiləşdirməyərək dövlətdən kirayə pulu alır. Ermənistanda icra hakimiyyəti strukturlarında da rüşvət və korrupsiya halları geniş yayılıb. Elə bu günlərdə Milli Təhlükəsizlik Xidməti İqtisadiyyat Nazirliyinin 15 ofisində axtarış aparıb. Bu əməliyyat korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində reallaşıb və qurumun 7 əməkdaşı saxlanılıb. İttihama əsasən, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər, xüsusən “Dövlət investisiya proqramları üzrə bankın yaradılması” tenderinin bir hissəsi olaraq şirkətlərdən birinin rəhbəri ilə əlbir olub, onun rəqibinin iştirakına süni maneələr yaradıblar. Nəticədə üç dəfə baha, 100 min dollar ərizə təqdim edən şirkət qalib olub. Bütün bunlar Ermənistanda korrupsiya ilə bağlı çoxsaylı nümunələrin az br hissəsidir.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031