KÖHNƏ VERSİYA            

AŞPA-nın anti-Azərbaycan qərarından beynəlxalq narazılıqlar artır...

Image

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı qərəzli münasibətə elə bu qurum daxilində edilən etirazların sayı artmaqdadır. Artıq Türkiyə, Ukrayna təmsilçiləri təşkilata etirazlarını bildiriblər. Onların sırasına Serbiya da qoşulub.

Qeyd edək ki, Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti AŞPA-nın Azərbaycan təmsilçiləri ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb. Müraciətdə bildirilir: “Zati-aliləri, Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq. Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib. Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin, Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir. Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır. Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz. Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir”. Müraciəti Serbiya nümayəndə heyətinin rəhbəri Bilyana Pantiç Pilya, həmçinin serb deputatlar Dubravka Filipovski, Elvira Kovaks, Dunya Simonoviç Bratiç, Stefan Yovanoviç, Yelena Zariç Kovaçeviç, Aleksandar Markoviç imzalayıblar. İndi gözlənilən budur ki, belə mövqe sərgiləyənlərin sayı daha da artacaq. Çünki AŞPA bu gedişlə davam edərsə, qurum süqutunu daha sürətlə yaxınlaşdıracaq. Qeyd edilən xüsusda Rusiyanın “vestnikkavkaza” portalı yazır: “AŞPA sadəcə başa düşə bilmir ki, Azərbaycan SSRİ-nin dağılmasından sonra olduğu kimi keçmiş postsovet respublikası deyil. Bu gün o, müstəqil, iqtisadi və hərbi cəhətdən güclü, sivilizasiya və mədəni baxımdan sürətlə inkişaf edən, səriştəli diplomatiyaya və məsuliyyətli siyasi liderliyə malik regional gücdür. Həmin rəsmi Bakı Avropadan heç nə istəməz. Amma Bakı Avropaya çox şey verə bilər”.

Portal qeyd edir ki, AŞPA milli parlamentlərin nümayəndə heyətlərindən ibarətdir. Bildirilir ki, bəzi ölkələrin nümayəndə heyətlərinə sol və həddindən artıq sol yönümlü deputatlar daxil edilir: “Avropa Şurası və AŞPA çox isti və gəlirli yerdir. Maaşlar, məsələn, BMT və YUNESKO-dakından yüksəkdir. Qurumda məmurlara verilən diplomatik pasportlar da kifayət qədər faydalıdır. Yerli bufetlərdə isə kofe dünyada ən ucuzdur. Və deputatlar, işçilər və qonaqlar üçün restoran Avropanın hər yerindən daha yaxşı və ucuzdur. AŞPA-nın iclas zalı adətən boş olur: yerli deputatlar çox çalışıb zəhmət çəkməyə öyrəşməyiblər. Amma çox danışırlar, bəzən mənasını anlamaq çətin olan çıxışlar edirlər. Onlar Şuraya üzv ölkələrə yoxlamalara getməyi sevirlər, çünki bu təşkilatda səyahət pulu dünyada ən yüksəklərdəndir və ümumiyyətlə, parlament turizmi ləğv edilməyib. Bir sözlə, beynəlxalq məmurlar və uğursuz deputatlar üçün cənnətdir. Amma bəzən “hüquqların müdafiəsi” mexanizmi iflasa uğrayır. Və sonra AŞPA-nın iclas zalında qalmaqal baş verir. Bu yaxınlarda deputat yoldaşlarının haqsız hücumlarına tab gətirə bilməyib iclas zalını və AŞPA-nın divarlarını tərk etmək məcburiyyətində qalan Azərbaycan nümayəndə heyətinin ətrafında belə bir qalmaqal yarandı. Vaxtilə Azərbaycan Avropa Şurasına o zamankı əsas milli vəzifənin yerinə yetirilməsinə kömək etmək üçün üzv olub: Ermənistan tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasını təmin etmək. Bu işğal zamanı bir milyona yaxın Azərbaycan vətəndaşı öz yurd-yuvasından, torpaqlarından didərgin salınmış, əmlak və sağlamlıqlarını itirmiş, minlərlə dinc sakin həlak olmuşdu. Bu, əsas insan hüquqlarının, ilk növbədə yaşamaq, azadlıq və mülkiyyət hüquqlarının pozulması deyilmi? Məgər Avropa Şurası bütün siyasi institutları ilə, hər şeydən əvvəl yüz minlərlə azərbaycanlının hüquqlarını müdafiə etməli deyildimi? Yalnız qurumun müxtəlif müstəqillik bəyannamələrində bütün insanların azad və bərabər hüquqlara malik olduğu bildirilir.  Siyasi praktikada bəzi xalqlar digərlərindən daha azad və bərabərdir. Azərbaycan sakinləri olan müsəlmanlar hələ də AŞPA-nın solçuları üçün xristian konfessiyalarının nümayəndələri qədər yaxşı deyillər. Məhz avropalıları öldürmək, yandırmaq, qarət etmək, torpaqlarından qovmaq olmaz, onların əmlakını əllərindən almaq olmaz. Amma azərbaycanlılara qarşı, belə çıxır ki, bunu edə bilərlər. Göründüyü kimi, AŞPA deputatlarının nəzərində onlar bir qədər fərqli insanlardır.Və sonra Azərbaycan bu günlərdə növbədənkənar prezident seçkiləri keçirməyi planlaşdırır. Səsvermə erməni işğalından azad edilmiş torpaqlarda yaradılmış seçki məntəqələrində də keçiriləcək. Vaxtilə qovulmuş yerli sakinlər artıq 3 ildir ki, oraya qayıdırlar. Azərbaycanın yeni seçilmiş prezidenti bununla təkcə respublikanın bütün sakinlərini deyil, həm də Azərbaycanın bütün ərazilərini həqiqi mənada təmsil edəcək. Bu, Avropada bəzi insanların xoşuna gəlmir. Onlar hələ də postsovet ölkələrinin SSRİ-nin dağılmasından dərhal sonra olduğu kimi artıq kvazi-dövlət olmadığına öyrəşə bilmirlər. İndi onlar dünya siyasətinin tam hüquqlu, müstəqil və bəzən çox güclü aktorlarıdır. Hər kəs bu sadə həqiqəti dərk edərək rahat yaşamır. Min illik qərəzlər, komplekslər də özünü hiss etdirir. Rəsmi Bakı ATƏT nümayəndələrini qarşıdan gələn seçkiləri müşahidə etməyə dəvət edib. Amma Avropa Şurası və onun AŞPA-sı dəvət edilməyib. Niyəsi də aydındır: niyə hamını, xüsusən də eyni regiondan - Avropadan olan iki oxşar beynəlxalq təşkilatın nümayəndələrini seçkilərə dəvət etmək lazımdır? AŞPA incidi. Parlament Assambleyasının yanvar sessiyasında, məhz Azərbaycan seçkiləri ərəfəsində Almaniya nümayəndə heyətinin təhriki ilə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin mümkün tanınmaması ilə bağlı qərarın qəbulu reallaşdı. AŞPA nümayəndələrinin təxminən 20%-i uğursuz səsvermədə iştirak edib. Azərbaycanlılar səlahiyyətlərinin ləğv edilməsini gözləmirdilər. Və AŞPA ilə əlaqələri könüllü olaraq kəsdiklərini açıqladılar. Siz nə edərdiniz? Azərbaycanlılar tamamilə haqlı idilər. Doğrudan da, xalqınızı ikinci dərəcəli vətəndaş hesab edən beynəlxalq təşkilata niyə üzv olmaq lazımdır? Üstəlik, bunun üçün o, sizdən hədsiz maaşlar, kargüzarlarına mənzil və təqaüdlər və səfər komissiyaları üçün pul tələb edir”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031