KÖHNƏ VERSİYA            

ABŞ qubernatorları Baydenə qarşı birləşir - Texas mərkəzə çevrilir...

Image

ABŞ-da sərhəd təhlükəsizliyi ilə bağlı davam edən fikir ayrılıqları fonunda Texas qubernatoru Qreg Abbott və digər 14 respublikaçı qubernator Bayden administrasiyasına qarşı birlik mesajı veriblər. 

Abbott Hindistana səfərdən qayıtdıqdan sonra federal hökumət və Ali Məhkəmə ilə sərhəd məsələləri ilə bağlı mübahisələrin davam etdiyi Texasdakı “Eagle Pass” sərhəd məntəqəsində respublikaçı qubernatorlarla birgə mətbuat konfransı keçirib.

Corciya, Arkanzas, İndiana, Missuri və Tennessi ştatlarının respublikaçı qubernatorları dəstəklərini göstərmək üçün mətbuat konfransı zamanı Abbottun yanında olublar. Texas qubernatoru ABŞ prezidenti Co Baydeni sərt tənqid edərək bildirib ki, Vaşinqtonun sərhəd təhlükəsizliyini təmin etməməsi məsuliyyəti ştatların üzərinə qoyub. Bu səbəbdən respublikaçı qubernatorlar sərhəd təhlükəsizliyi məsələlərində Bayden administrasiyasına qarşı birlikdə çıxış edəcəklər. O, qeyri-qanuni miqrant keçidlərinin qarşısını almaq üçün sərhəd boyunca daha çox tikanlı məftillər çəkəcəyini vəd edib. Digər respublikaçı qubernatorlar da Bayden administrasiyasını sərhədləri qeyri-qanuni immiqrasiya üçün açıq qoyduğuna görə sərt şəkildə tənqid ediblər. Respublikaçı qubernatorlar Abbottun tələb etdiyi qədər Milli qvardiya və digər dəstək qüvvələri göndərəcəklərini vəd ediblər və bu məsələdə Texas ştatını dəstəklədiklərini bir daha təsdiqləyiblər. Bunlar fonunda ABŞ hökuməti ilə Texas ştatı arasında sərhəd təhlükəsizliyi ilə bağlı yurisdiksiya mübahisəsi davam edir. Belə ki, Texas ştatı Meksika sərhədində quraşdırdığı tikanlı məftilləri gücləndirməyə qərar verib. Qeyd edək ki, miqrantlar iki ölkə arasında sərhədi təşkil edən Rio Qrande çayı vasitəsilə qeyri-leqal şəkildə Texas ərazisinə daxil olurlar. Onlar üçün Texasın “Eagle Pass” sərhəd qapısına çəkilmiş tikanlı məftilləri aşmaq elə də çətin olmur. Texasın qubernatoru Qreg Abbott hesab edir ki, Co Bayden administrasiyası sərhəd təhlükəsizliyi ilə bağlı kifayət qədər tədbir görmür. Buna görə, qubernator qeyri-qanuni mühacirlərin ABŞ-a keçmək üçün üstünlük verdiyi “Eagle Pass” bölgəsindəki sərhədə təxminən 4 kilometr tikanlı məftil çəkilməsi barədə göstəriş verib. Bundan sonra Bayden administrasiyası sərhəd təhlükəsizliyinin federal hökumətin səlahiyyətində olduğunu açıqlayıb və tikanlı məftillərin çıxarılması üçün ABŞ Ali Məhkəməsinə müraciət edib. Ali Məhkəmə Meksika sərhədində Rio Qrande çayı boyunca tikanlı məftillərin çıxarılmasına qərar verib, lakin Texas qubernatorunun bu qərara əməl etməyəcəyini açıqlamasından sonra Bayden hökuməti ilə mübahisə daha da böyüyüb. Məhkəmə qərarına baxmayaraq, Texas Milli Qvardiyası yanvarın 23-dən ABŞ sərhəd patrulunun öz işini görməsinə icazə vermir və tikanlı məftillər çəkməyə davam edir.

Artıq neçə illərdir ki, Meksika ilə sərhəddə Texas qubernatorluğu keçilməz sədd inşa edir. Amma vəsait çatışmazlığı üzündən tikinti yanvar ayından dayandırılıb. Texas qubernatorluğu də tələb edir ki, Ukraynaya edilən maliyyə yardımları azaldılsın və kəsilən maliyyə hesabına sərhəddəki layihənin icrası davam etdirilsin. Respublikaçılar tələb edir ki, Ukraynadan əvvəl ölkənin daxili problemləri həll edilməlidir. Respublikaçıların bu tələbinə 25 ştatın respublikaçı qubernatorları da qoşulub. Onlar, hətta Bayden hökümətini “Texas ştatına təcavüz etməkdə” günahlandırıblar. Çünki Ağ Evdəkilər Texasa təkcə Ali Məhkəmənin qərarını yox, həm də xüsusi təyinatlı qoşun birləşmələri göndərib. ABŞ-ın bir sıra KİV-i hesab edir ki, proseslər vətəndaş müharibəsinə doğru gedir. Texas şəhərinin qubernatoru isə hələ 2021-ci ildən etibarən “Tənha ulduz” əməliyyatı çərçivəsində miqrantların sərhədi keçməsinin qarşısını almaq üçün müxtəlif növ sərt tədbirlər görür, sərhəddə yerləşən Rio-Qrande çayı boyunca tikanlı və ülgüclü məftillər quraşdırır və bu addımlar mütəmadi olaraq federal hökumətlə münaqişələrə gətirib çıxarır. Əməliyyat nəticəsində, həmçinin, son vaxtlar 102 min qanunsuz miqrantın başqa ştatlara köçürülməsi həyata keçirilib. Münaqişə ABŞ mətbuatında Texas ştatının dövlətin tərkibindən çıxmasına dair ssenariləri yenidən gündəmə gətirir. Bu, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına - Breksitə analoji olaraq Teksit adlandırılır. Hətta 2023-cü il dekabrın əvvəlində Texas Milliyyətçi Hərəkatı Respublikaçılar Partiyasının bu il mart ayında keçiriləcək yerli ilkin seçki bülletenlərinə çıxma ilə bağlı konsultativ referendumun da əlavə edilməsi üçün petisiya açıblar. Siyasilərin və nüfuzlu şəxslərin Texası dəstəkləməsi bu ştatın gələcəkdə müstəqil olması ilə bağlı ehtimalları artırır. Texasdakı hazırkı vəziyyətin gələcəkdə digər ştatlara da yayılması istisna deyil. Əslində proses məhz buna doğru gedir. Məsələn, Kaliforniya, Texas və Nyu-Hempşir kimi ştatlarda ABŞ-ın qalan hissəsindən ayrılmağa çağırışlar artmaqdadır. “Yes Kaliforniya” kimi tanınan Kaliforniya ayrılma hərəkatı bəyan edir ki, hazırda ölkədə potensial vətəndaş zorakılığına və vətəndaş müharibəsinə alternativ olaraq ayrılma konsepsiyası üzərində daha çox işləyir.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031