Azərbaycanda seçkiləri izləyəcək ATƏT nümayəndələrinin sayı açıqlandı
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası artıq bir aydan çoxdur Azərbaycandadır. Onlar sabahkı seçkiləri tam tərkibdə müşahidə edəcəklər. Onların nümayəndə heyəti ümumilikdə 266 nəfərdən ibarətdir. Secki-2024.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.
“Bundan əlavə, ATƏT-in Parlament Assambleyasının 96 müşahidəçisi seçkiləri izləyəcək. Adətən bu qurumlar səsvermənin nəticəsi ilə bağlı birlikdə hesabat hazırlayırlar”, - deyə MSK-nın sədri əlavə edib.