MSK sədri bütün məntəqələrin səsvermə üçün tam hazır olduğunu açıqladı...
Hazırda seçki siyahımızda 6 milyon 478 min 623 nəfər var. Trend xəbər verir ki, bunu fevralın 6-da jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.
MSK sədri qeyd edib ki, seçicilər 6537 məntəqədə səs verəcəklər:
"Bütün məntəqələr səsvermə üçün tam hazırdır. Onların hazırlığı beynəlxalq tələblərə cavab verir".