Qardaşı arvadı Simonyanın "başını yedi" - spikerin istefası tələbi qoyuldu
Nikol Paşinyandan parlament sədri Alen Simonyanı istefaya göndərməyi tələb olunur. Trend xəbər verir ki, bunu baş nazirdən Ermənistanda hakim "Mülki Müqavilə" Partiyasından olan deputatlar tələb edirlər.
“Joxovurd” nəşrinin yazdığı məlumatda bildirilib ki, buna səbəb parlament sədrinin qardaşının həyat yoldaşının korrupsiya ilə bağlı qalmaqalı olub. Sözügedən hadisə artıq deputatların səbrini tükəndirib.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan 2 ay müddətinə həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham edilir.