KÖHNƏ VERSİYA            

Gürcüstan eksperti 7 fevral seçkisini öz ölkəsilə niyə əlaqələndirdi...

Image

Akif Nağı: “...Regionda gürcülərin əsas məsələləri Azərbaycanın köməyi, müttəfiqliyi ilə həll oluna bilər”

“Azərbaycan üçün qarşıdan gələn prezident seçkiləri vacibdir. Çünki seçkilər müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində baş tutacaq”. Bu fikirləri secki-2024.az saytına gürcü ekspert, siyasi elmlər doktoru Soso Mancavidze bildirib.

Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinin təkcə Azərbaycan üçün deyil, həm də Gürcüstan və ümumilikdə region üçün əhəmiyyəti həddindən artıq böyükdür.

“Gürcüstan üçün bu nümunə onun ərazi bütövlüyünün bərpasına olan ümidləri gücləndirir. Region üçün isə bu, sülh və firavanlıq perspektividir. Azərbaycan xalqına uğurlu prezident seçkiləri arzu edirəm. Bu seçkiləri həqiqətən də tarixi adlandırmaq olar", - Soso Mancavidze deyə fikrini yekunlaşdırıb.

Gürcü ekspert nəyi nəzərdə tutur? Gürcüstan eksperti 7 fevral seçkisini öz ölkəsilə  niyə əlaqələndirdi?  

“Güclü Azərbaycan həm ölkənin daxili stabilliyi, həm də bütün Cənubi Qafqazda inkişaf, stabillik üçün bir təminatdır” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda gedən proseslər bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün təsir imkanlarına malikdir. “Bunu artıq hər kəs etiraf edir, Qərb də, Avropa da, Rusiya da bilir, öz hərəkətlərini də buna uyğunlaşdırırlar. Kimlərin xoşuna gəlmirsə təzyiq göstərməyə çalışırlar, kimlər öz maraqlarına uyğunlaşdıra bilirlərsə Azərbaycanla yanaşı addımlamağa çalışırlar. Belə bir vəziyyətdir. Bunlar Azərbaycanın regionda lider dövlətə çevrilməsinin göstəriciləridir. Gürcü ekspert də Azərbaycanda keçirləcək prezident seçkilərinin həm Gürcüstan, həm region üçün əhəmiyyətini qeyd edir. Bu bizim üçün də çox vacib məqamdır. Gürcü eksperti də adi ekspert deyil, görünür, bu işlə ciddi məşğul olan şəxsdir, elmi dərəcəsi və təcrübəsi olduğu özünü büruzə verir. Ona görə də belə bir adam təsadüfi söz demir. Gürcüstanda ölkənin ərazi bütövlüyü ilə bağlı bir bədbinlik var, bu onun işarəsidir. Demək olar ki, onlar bundan ümidlərini tamam üzüblər. Biz on il bundan əvvəl Gürcüstana gedib-gələndə orada ekspertlərlə, siyasilərlə görüşürdük. Orada sürgündə olan Suxumi hökuməti, parlamenti var. Onlar Suxumidən çıxarılan gürcülərdir və Tiflisdə özlərinə mühacir hökumət, parlament qurublar, ictimai rəyə təsir göstərməyə çalışırlar. Biz onların rəhbərləri ilə görüşürdük, çox ümidsiz idilər. Xüsusən də 2018-ci il Rusiya-Gürcüstan qarşıdurmasından sonra onlar ümidlərini tamam itirmişdilər. Ona görə də Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi gürcüləri də ruhlandırdı. Nəzərdə tutulur ki, Azərbaycan hərbi yolla torpaqlarını azad etdi və ondan sonra həm Rusiya, həm Qərb tərəfindən edilən təzyiqlərə davam gətirə bildi, bu gün də davam gətirir, getdikcə təzyiqlərin artmasına baxmayaraq onların qarşısında dayanır. Azərbaycan bu təzyiqləri neytrallaşdırmaq yolunu tapıb, bu baxımdan da Gürcüstan üçün bu təcrübə maraqlıdır”-deyə A.Nağı vurğuladı.

Partiya sədrinin sözlərinə görə, Gürcüstan bu gün Qərbə, Avropaya inteqrasiya yolunu tutub, Avropa İttifaqına üzvlüklə bağlı namizədliyi də gündəmdədir: “Çox ehtimal ki, gürcü ekspertin fikirləri təkcə Azərbaycana yox, Gürcüstan hakimiyyətinə də yönəlib. Biz Gürcüstan hökumətindən də istədiyimiz dəstəyi görmədik. Xüsusən də AŞPA Azərbaycana qarşı məlum addımı atanda, sanki Gürcüstan Azərbaycana olan bu təzyiqləri nəzərə almadan elə düşünür ki, qapılar açılır, sürətlə Qərbə, Avropaya doğru gedir. Oradan nə qazanacaqlar bilinmir. Fikrimcə, gürcü ekspertin fikirləri Gürcüstan hakimiyyətinə yönəlib ki, Azərbaycanla münasibətləri normal saxlamaq lazımdır, regionda gürcülərin əsas məsələləri Azərbaycanın köməyi, müttəfiqliyi ilə həll oluna bilər. Eyni zamanda da Türkiyənin. Qənaətimə görə, o həm də buna işarə edib. Hər bir dövlət üçün əsas məsələ onun ərazi bütövlüyüdür. Gürcüstan bu gün ərazi bütövlüyünü ön plana çəkir, yoxsa Avropaya inteqrasiyanı? Ortada bu məsələ var.  Azərbaycan özü üçün ən önəmli məsələ olan ərazi bütövlüyü məsələsini önə çəkdi və ərazi bütövlüyünün bərpa olunmasına nail  oldu. Təzyiqlər də var. Azərbaycan Qərbə inteqrasiyanın əleyhinə deyil, amma sadəcə olaraq Qərbə inteqrasiya Azərbaycanın milli maraqlarının tapdanması, arxa plana keçirilməsi hesabına olmamalıdır. Azərbaycan düzgün siyasət yeridir. Hesab edirəm, gürcü mütəxəssis bu məsələyə də öz hökumətlərinin diqqətini cəlb edir ki, bu Azərbaycan nümunəsindən yararlanmaq lazımdır. 

7 fevral prezident seçkilərinə gəlincə, hesab edirəm ki, Azərbaycan region üçün də prezident seçkilərini keçirir, cəmiyyətin əhval-ruhiyyəsini, ümimi mövqeyini ortaya qoyur. Bu seçkilərdə Azərbaycan xalqı 44 günlük müharibədəki qələbəyə münasibətini bildirəcək”.

A.Nağı qeyd etdi ki, xalqımız ərazi bütövlüyü və suverenliyi təmin olunmuş  Azərbaycanın gələcəyinə, irəliyə getməsinə səs verəcək. “Bu seçki Azərbaycanın daxilindəki monolit birliyi göstərəcək. müharibədə o birlik göstərildi, indi də qalib gəlmiş ölkədə yenidən monolit birlik ortada olmalıdır. Azərbaycanın daxili nə qədər möhkəm olarsa, o həm öz maraqları naminə uğurlu siyasət yürüdə, eyni zamanda region üçün də stabillik məkanına çevrilə bilər. Güclü Azərbaycan həm ölkənin daxili stabilliyi, həm də bütün Cənubi Qafqazda inkişaf, stabillik üçün bir təminatdır. Gürcülər də bunu öz maraqları üçün dəyərləndirir. Böyük ehtimalla, bu və digər məqamlar nəzərdə tutulur”-deyə A.Nağı əlavə etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031