KÖHNƏ VERSİYA            

Ermənistan təkcə konstitusiyanı yox, başqa 2 sənədi də dəyişməlidir... Bakı konkretləşdirdi...

Image

Abutalıb Səmədov: “Azərbaycan Prezidentinin son bəyanatları Ermənistan hakimiyyəti tərəfindən nəzərə alınmalı və qısa müddətdə orada göstərilənlərin reallaşması üçün addımlar atılmalıdır”

“Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”. 

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşdə deyib.

Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışların olduğunu vurğulayan dövlət başçısı bildirib ki, bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında əksini tapıb. Prezident İlham Əliyev, həmçinin, Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlərin mövcudluğunu diqqətə çatdırıb.

“Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”, - deyən Prezident qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən Prezident vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Göründüyü kimi, rəsmi Bakı rəsmi İrəvan qarşısında konkret şərt qoydu ki, həm konstitutsiyasında dəyişiklik etməlidir, həm də məlum beynəlxalq normativ hüqüqi sənədlərə dəyişiklik etməlidir, bundan sonra sülhə nail olmaq olar. 

“Bu addımlar nə qədər tez atılsa, təbiidir ki, sülh sazişi də o qədər tez imzalanar” 

Bu məsələyə şərh verən “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə “Azərbaycan Prezidenti birmənalı şəkildə söyləyib ki, Ermənistan sülhə nail olmaq istəyirsə, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır və bunun üçün ilk növbədə konstitutsiya preambulası dəyişdirilməlidir. O preambulada Ermənistanın müstəqillik haqqında bəyannaməsinə istinad var. Müstəqillik haqqında bəyannamədə isə Qarabağın Ermənistana birləşməsinin dönməz olduğu və Qarabağın Ermənistan ərazisi olduğu qeyd edilib. Mütləq müstəqillik haqqında bəyannamə də dəyişdirilməlidir. Bundan başqa, Ermənistanın digər sənədlərində də Azərbaycana qarşı ərazi iddiaları var”-deyə vurğuladı. 

A.Səmədov bildirdi ki, Ermənistanın qoşulduğu beynəlxalq konvensiayalarda da Azərbaycana qarşı ərazi iddiaları irəli sürülüb. “Bütün bunlardan imtina olunmalıdır. Yalnız bu halda Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhə nail olmaq mümkündür. Prezident də qeyd edib ki, artıq faktiki olaraq Azərbaycanla Ermənistan arasında sülh mövcuddur, bunu sadəcə olaraq rəsmiləşdirmək lazımdır. Bunları rəsmiləşdirmək üçün də Ermənistan hakimiyyətinin siyasi iradəsinə ehtiyac var. Onu da qeyd edib ki, Ermənistanda artıq konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirələrin başlanması və Ermənistan rəhbərliyinə daxil olan vəzifəli şəxslərin belə br zərurətin olduğunu bəyan etmələri təbiidir, müsbət addımdır. Müəyyən qruplar buna qarşı müqavimət göstərir, ancaq hökumət bu qrupların müqaviməti qarşısında möhkəm dayanmalı və qısa müddətdə sülhə mane olan məsələləri aradan qaldırmalıdır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması tamamilə Ermənistandan asılıdır. Bu addımlar nə qədər tez atılsa, təbiidir ki, sülh sazişi də o qədər tez imzalanar”-deyə A.Səmədov əlavə etdi.

A.Səmədov vurğuladı ki, Ermənistan hökuməti rəsmi Bakının irəli sürdüyü konkret tələbləri həyata keçirməli, həm konstitutsiyaya dəyişiklik etməli, həm məlum beynəlxalq sənədlərə düzəliş verməli, həm də beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı əssasız ərazi iddialarından əl çəkməlidir.  

A.Səmədovun sözlərinə görə, burada ikinci mühüm məsələ, şübhəsiz ki, sülh sazişinin harada imzalanması ilə bağlıdır. Burada da, çox təəssüf ki, Qərblə Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etdiklərini deyən A.Səmədov bildirdi ki, onlar sülh müqaviləsinin mütləq Qərb meydançasında - ya Brüsseldə, ya ABŞ-da, ya da Qərbin müəyyən etdiyi hansısa məkanda  imzalanmasında israr edirlər. “Təbiidir ki, bu da sülh sazişinin imzalanmasına mane olur. Azərbaycan bu prosesi də sürətləndirmək üçün sərhəddə görüşməyi, danışıqları ikilikdə aparmağı təklif edir. Eyni zamanda Gürcüstan variantını da irəli sürür ki. bu da vəziyyətdən çıxmaq üçün çox konstruktiv təklifdir. Çünki Qərb sülh sazişinin Rusiyada imzalanmasını qətiyyən qəbul etmir. Kreml Qərb platformasını qəbul etmir və Brüsseldə, yaxud Vaşinqtonda sülh sazişinin imzalanmasına qarşı birmənalı şəkildə çıxış edir, bu vəziyyətdə də Azərbaycanın təklifi vəziyyətdən çıxmaq üçün ən düzgün, ən real təkliflərdir. Nə qədər tez Ermənistan bu təkliflərin reallaşması üçün addımlar atsa, sülh sazişi də bir o qədər tez imzalanacaq. Hesab edirəm ki, Azərbaycan Prezidentinin son bəyanatları Ermənistan hakimiyyəti tərəfindən nəzərə alınmalı və qısa müddətdə orada göstərilənlərin reallaşması üçün addımlar atılmalıdır”-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031