Bazar iştirakçılarına dair meyarlar müəyyənləşəcək
Prezident İlham Əliyev “Dövlət ehtiyatları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir:
“Dövlət ehtiyatları haqqında” qanuna uyğun olaraq, bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydasını;
strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını;
strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturalarını;
dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasını və təqdim edilməsi qaydasını;
həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.