ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda seçkilərlə bağlı sorğu keçirib
“Biz artıq 3 min seçici arasında sorğu aparmışıq”. Secki-2024.az saytı xəbər verir ki, bunu ABŞ-nin “Oracle Advisory Group” təşkilatının nümayəndəsi Vlada Qalan bu gün Şuşada keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sorğunun 75,3 faizi böyük şəhərlərin ərazisində keçirilib: “Sorğunun 23,4 faizi isə şəhər tipli qəsəbələrdə, 1,3 faizi isə kəndlərdə götürülüb. Gender məsələsinə gəldikdə, 49,3 faizi qadın, 50,7 faizi isə kişilər olub. Sorğuda iştirak edənlərin 50 faizi Bakıda, 13,4 faizi Abşeron-Xızı, 3,3 faizi Gəncə-Daşkəsən, 3,3 Naxçıvanda, 3,3 Şirvan-Salyan, 3,3 Şəki-Zaqatala, 3,3 Mərkəzi Aran, 3,3 Lənkəran-Astara, 3,6 Quba- Xaçmaz, 3,3 Dağlıq Şirvan, eyni zamanda 3,3 Qarabağ bölgəsini əhatə edib”.