Ermənistanın mövcud müstəqillik bəyannaməsi sülhə maneədir - Paşinyan da etiraf etdi
Ermənistanın mövcud müstəqillik bəyannaməsinin saxlanması Azərbaycanla yeni müharibəyə səbəb olacaq. Ermənistanın baş naziri Nikol Paşinyan belə hesab edir.
"Bizim dövlət siyasətimiz 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR və Qarabağın birləşməsi haqqında" birgə qərarından irəli gəlməlidirmi? Əgər belədirsə, bu o deməkdir ki, biz heç vaxt sülhə nail olmayacağıq. Üstəlik, bu o deməkdir ki, indi müharibəmiz olacaq", - Paşinyan Ermənistan İctimai Radiosuna müsahibəsində bildirib.
Baş nazirin fikrincə, respublika Konstitusiyasının istinad etdiyi mövcud bəyannamə hazırda problemə çevrilib.
ZÜMRÜD