Dövlət qurumları üçün yeni elektron poçt sistemi hazırlanır - rəsmi açıqlama
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib ki, gələn ay dövlət qurumları üçün yeni elektron poçt sistemi istifadəyə veriləcək.
Onun sözlərinə görə, dövlət müəssisələrinin növbəli şəkildə yeni sistemə miqrasiyası həyata keçiriləcək: “Sistem 60 min istifadəçi üçün nəzərdə tutulub. Bu sistem dövlət qurumlarına həm funksionallıq, həm də təhlükəsizlik baxımından öncəkindən daha böyük imkanlar verəcək”.
Mətləb