İran İordaniyadakı ABŞ bazasına hücumla əlaqəsinin olmadığını deyir....
İranın BMT-dəki daimi nümayəndəliyi bəyanat yayaraq, Tehranın ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumda iştirak etmədiyini bildirib.
İRNA agentliyi xəbər verir ki, bəyanat Ağ ev administrasiyasının bəzi rəsmilərinin və respublikaçıların hərbi bazaya hücumu İranla əlaqələndirmək cəhdlərinə cavab olaraq verilib.
Qeyd edək ki, İordaniyanın şimal-şərqində Suriya ilə sərhəd yaxınlığında yerləşən ABŞ bazasına PUA hücumu nəticəsində üç amerikalı hərbçi həlak olub, 34 əsgər isə yaralanıb.
ABŞ Prezidenti Cozef Bayden hücuma görə İranın dəstəklədiyi silahlıların məsuliyyət daşıdığını bildirib.
ZÜMRÜD