İordaniyada ABŞ bazasını vurdular, 3 əsgər öldü, çox sayda yaralı var - ABŞ-İran müharibəsi başlayır...
İordaniya-Suriya sərhədindəki ABŞ bazalarına hücum edilib. Pilotsuz təyyarə ilə edilən hücumda 3 ABŞ əsgəri ölüb.
ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada İordaniyada Suriya sərhədi yaxınlığında yerləşən bazaya pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgərinin öldüyü, 25 ABŞ əsgərinin isə yaralandığını açıqlanıb.
Sözügedən hücumlara cavab veriləcəyini vurğulayan Austin İordaniya-Suriya sərhədində baş verən hücuma görə İranın dəstəklədiyi milislərin məsuliyyət daşıdığını deyib: “ABŞ qüvvələrinə qarşı davam edən bu hücumlardan İranın dəstəklədiyi milislər məsuliyyət daşıyır və biz də seçdiyimiz vaxt və yerdə onlara cavab verəcəyik. Prezident və mən ABŞ qüvvələrinə qarşı hücumlara dözməyəcəyik və ABŞ-ı, qoşunlarımızı və maraqlarımızı müdafiə etmək üçün bütün lazımi addımları atacağıq”.
İordaniya hökuməti də açıqlama yayaraq ABŞ qüvvələrinə hücumun Suriya-İordaniya sərhədində həyata keçirildiyini bildirib. İordaniya hökumət sözçüsü Muhenned Mubaydin, Tenef bazasına edilən hücumda İordaniya qüvvələri arasında heç bir itkinin olmadığını bildirib.
Tahir TAĞIYEV