Messinin gəlişi "İnter Mayami"nin qiymətini artırıb
Argentinalı hücumçu Lionel Messinin ötən yay ABŞ təmsilçisi “İnter Mayami” klubuna transferi bütün MLS kimi, klubun maliyyə vəziyyətinə də müsbət təsir göstərib. Bu barədə “Sportico” xəbər yayıb.
Belə ki, son bir ildə “İnter Mayami”nin dəyəri 74 % artaraq hazırda 1,2 milyard ABŞ dolları təşkil edir. Amerika klubunun gəliri də artıb. Keçən il ərzində “İnter Mayami” 127 milyon dollar qazanıbsa, 2022-ci ildə klubun mənfəəti 55 milyon dollar olub. Qeyd olunur ki, son bir ildə MLS klublarının gəlirləri 27 % artıb.
Mətləb