"AŞPA-dakı son təxribat bu qurumun islamofob mahiyyətini bir daha üzə çıxardı" - QAİ
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı. Biz buna AŞPA-nın Ermənistan üzrə həm-məruzəçilərinə qayıdış hüququmuzla məşğul olmaq çağırışı ilə bağlı 2023-cü il martın 1-də göndərdiyimiz məktuba cavab verilməyəndə tam əmin olmuşduq.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd edilib ki, Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir. Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə 2023-cü ilin yay aylarında olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir.
ZÜMRÜD