KÖHNƏ VERSİYA            

Tarix İnstitutunun şöbə müdirindən şok - XVIII əsrdə Qarabağın əhalisi ermənilər idi?

Image

Tofiq Mustafazadə: “Təkcə mənim kitabımda deyil, Sovet dövrünün əksər kitablarında...” 

Azərbaycan tarixini obyektiv şəkildə öyrənmək  tarixçilərin əsas vəzifəsidir. Əlbəttə, tariximizi obyektiv yazan alimlər də az deyil. Bununla yanaşı bəzən mətbuatda və  sosial şəbəkələrdə məlumatlar yayılır ki, hansısa tarixçilərin kitablarında təhriflərə yol verilib. 

Xüsusən də, çox nadir hallarda olsa da, bəzi tarixçilərin Sovet dövründə yazdıqları kitablarda ermənilərin “yerli əhali olmasına” dair işarələrə də rast gəlinir. Bəzən AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu da tənqid hədəfinə çevrilir. Əlbəttə, söhbət əvvəlki dövrlərdən, yəni professor Kərim Şükürovun bu instituta rəhbərliyi dönəmindən əvvəllərdən gedir. Dəfələrlə iddia olunub ki, yazılan əsərlərdə ideoloji qüsurlar var, faktlar təhrif edilib, kitablarda bir-biri ilə uzlaşmayan məsələlər yer alıb. Təəssüf ki, bu iddilara heç vaxt köklü cavab verilməyib, aydınlıq gətirilməyib. Dedi-qodu səviyyəsində yayılan xəbərlər dedi-qodu kimi də ağızdan-ağıza keçib. İndiyə qədər qüsurlu adlandırılan hansısa bir kitab, nəşr ekspertizadan keçirilibmi? Bu sual da açıqdır. Aydınlıq gətirilsəydi yaxşı olardı.  

Bu gün də AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun beynəlxalq şöbəsinin müdiri, professor Tofiq Mustafazadənin bir kitabı gündəmə gətiriib. Sosial şəbəkələrdə və mediada bu barədə danışılır. Əvvəlcə onu qeyd edək ki, T.Mustafazadə müasir Azərbaycan tarixşünaslığında öz yeri olan alimdir, tarix elminə töhfə olan əsərləri var. Bunu qeyd etmək mütləqdir. 

"Təzadlar"ın yazdığına görə, Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Mustafazadə 1986-cı ildə "XVIII əsrin 1-ci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi" adlı kitab nəşr etdirib. “AMEA-nın adının çəkilməsini istəməyən professorlarından birinin "Təzadlar"a verdiyi məlumata görə, professor T.Mustafazadə bu kitabında Azərbaycanın Qarabağ əhalisinin milliyətini erməni əhali kimi təqdim edib..." - deyə saytda qeyd edilib. 

Bu kifayət qədər ciddi bir iddiadır. Bu, Sovet dövründə deyilsə və yazılsa da, mütləq bunun bir izahı, açıqlaması olmalıdır. Bu səbəbdən də həm A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna, həm də institutun beynəlxalq şöbəsinin müdiri, professor, sözügedən kitabın müəllifi Tofiq Mustafazadəyə sorğu göndərdik.

 

“...Yerimə göz tikmiş bəzi şəxslərin təhriki ilə qaragüruhçuların təhqirlərinə məruz qalıram”

 

Tofiq Mustafazadə “Bakı-Xəbər”in sorğusuna cavab olaraq bunları qeyd edib: “Təkcə mənim kitabımda deyil, Sovet dövrünün əksər kitablarında, bütün dərsliklərdə XVIII əsrdə Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı yazılmışdır. Məlum Qarabağ hadisələri başlayanda mən birincilərdən olaraq bu erməni adlandırılanların əslində alban soyköklü xristianlar olması barədə məqalə dərc etmişəm (Bax:Azərb.SSR EA Xəbərləri,1988,nömrə3).

Sadəcə olaraq, mən Kərim müəllimi müdafiə etdiyimə görə, həm də yerimə göz dikmiş bəzi şəxslərin təhriki ilə qaragüruhçuların təhqirlərinə məruz qalıram”.

İnstitutdan isə bildirdilər ki, baş verənlər Tarix və Etnologiya İnstitununun rəhbərliyini gözdən salmağa xidmət edir və müəyyən adamlar var ki, əsassız olaraq institutun direktorunu və kollektivini qaralamaqla məşğuldur”.

Qeyd edək ki, Feysbuk sosial şəbkəsində də kitab ətrafında geniş müzakirə açılıb və bəziləri xəbəri yayan saytı və onun rəhbərliyini, bəziləri isə T.Mustafazadəni və Tarix İnstitunu ittiham edir. Bir çox sosial şəbəkə iştirakçıları hesab edir ki, tarixçi tarixi saxtalaşdırıb. Məsələ ilə bağlı fikir müxtəlifliyi var.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun elmi işçisi Ramin Əlizadə öz Feysbuk hesabında bildirib ki, baş verənlər instituta və onun rəhbərliyinə qarşı kampaniyadır: “AMEA-nın Tarix və Etnologiya İnstitutunun ən perspektivli və gələcəyinə ümidlə baxdığımız dövrü məhz bu gün, professor Kərim Şükürovun rəhbərlik etdiyi dövrdür. Kərim müəllimin çox geniş və gərgin fəaliyyəti nəticəsində Tarix və Etnologiya İnstitutu Azərbaycan Respublikasında ən şəffaf qurumlardan birinə çevrilib. Tarix İnstitutunun rəhbərliyi və dəyərli alimləri ətrafında baş verənlərə mütləq son qoyulmalıdır!”

Azərbaycan tarixinin yeni metodologiya ilə öyrənilməsi, eyni zamanda ideoloji, tarixi baxımdan qüsurlu olan nəşrlərin üzə çıxarılması üçün ekspertiza təşkil edilməli, o kitablar müəyyənləşdirildikdən sonra dövriyyədən çıxarılmalıdır. Çünki o nəşrlər hansısa şəkildə ortadadırsa, mütləq ondan bədxahlarımız bizə qarşı istifadə edəcəklər. Necə ki, edirlər. Ermənilərə kiçik bir ipucu lazımdır ki, ondan əleyhimizə istifadə etsinlər. Biz Azərbaycan tarixinin yüksək səviyyədə yazılmasını istəyirik ki, qürur duyduğumuz tariximizi olduğu kimi öyrənək. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031